Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını təkzib etdibackend

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə  TİA.AZ-a Müdafiə Nazirliyindən bildiriblər.
“Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”, – deyə nazirlikdən əlavə ediblər.