Azərbaycan Menecment və İnvestisiya Korporasiyasında Milli Mətbuat Günü qeyd edildibackend

Azərbaycan Menecment və İnvestisiya Korporasiyasında Milli Mətbuat Günü qeyd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 iyul 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının, Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə ərazi partiya təşkilatında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.

TİA.AZ bildirir ki, öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, ərazi partiya təşkilatının sədri Emin Əliyev və digər qonaqlar mövzuya uyğun çıxış edərək, iştirakçılarla öz fikirlərini bölüşdülər.

Azərbaycan Menecment və İnvestisiya Korporasiyası ailəsi mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edir və gələcək karyeralarında uğurlar arzulayır!