Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayırbackend

Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

TİA.AZ-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Sumqayıt” “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər.

Günün digər oyununda son ölkə çempionu “Qarabağ” “Qəbələ” ilə qarşılaşacaq. Bölgə təmsilçiləri indiyədək kubokda 9 dəfə üz-üzə gəliblər. Komandalar hərəyə iki dəfə qələbə qazanıb, 5 görüş isə heç-heçə bitib. Topların fərqində isə Ağdam təmsilçisi üstündür – 8:7.

Hər iki cavab görüşü fevralın 6-da gerçəkləşəcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

1 fevral (bazar ertəsi)

16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. “Keşlə” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.