Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürürbackend

Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start veriləcək.

TİA.AZ-ın məlumatına görə, mərhələnin hər iki görüşü eyni gündə baş tutacaq.

Günün ilk matçı “ASK Arena”da “Keşlə” və “Zirə” komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq. Klublar indiyədək kubokda üz-üzə gəlməyiblər.

Yarımfinalın digər oyununda isə “Qarabağ” Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Kollektivlərin bunadək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Bunların üçündə Ağdam klubu, birində “gənclik şəhəri” təmsilçisi mərhələ adlayıb. Ümumilikdə 7 oyunun altısı qonaqların, biri isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Topların fərqi də “köhlən atlar”ın xeyrinədir – 22:6. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. “Qarabağ” isə evdəki 4 matçın hamısında qalib gəlib.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

18:30. “Keşlə” – “Zirə”
Hakimlər:
 Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

20:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər:
 Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları aprelin 29-da oynanılacaq.