Azərbaycan Kuboku:“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldibackend

Azərbaycan Kuboku:“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

TİA.AZ-ın məlumatına görə, sonuncu matçda “Neftçi” “Zirə”ni qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin heyətində qolu 26-cı dəqiqədə İlkin Muradov vurub.

Komandalar arasındakı cavab görüşü fevralın 7-də olacaq.

Günün digər matçında “Keşlə” Bakıda “Kəpəz”i 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, ilk 2 oyunda “Səbail” səfərdə “Sumqayıt”ı 1:0, “Qarabağ” evdə “Qəbələ”ni 3:1 hesabı ilə yenib.