Azərbaycan Kuboku: Bu gün ilk yarımfinal oyunları keçiriləcəkbackend

Azərbaycan Kuboku: Bu gün ilk yarımfinal oyunları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Əyalət təmsilçiləri indiyədək 6 dəfə kubokda rəqib olublar. Bunlardan 4-ü 1/4 finala, 1-i yarımfinala, 1-i isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var – 14:8. Son 3 matçda “Qarabağ” rəqibini məğlub edib.

Digər görüşdə “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda 3 dəfə kəsişib. Əvvəlki 6 oyunun yarısı “qartallar”ın, 2-si “ağ-qaralar”ın xeyrinə başa çatıb. 1 görüşdə qalib müəyyənləşməyib. “Neftçi”nin vurduğu 6 qola “Zirə” 4 topla cavab verib.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.