Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu olubbackend

Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kikboksçusu Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.

TİA.AZ-ın məlumatına görə, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.

44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.