“Azərbaycan kədərli günümüzdə yanımızda oldu” – Türkiyə səfiribackend

“Azərbaycan kədərli günümüzdə yanımızda oldu” – Türkiyə səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”.

TİA.AZ xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib.

“Azərbaycan 31 iyul 2021-ci il tarixində başlayan yanğının ilk dəqiqələrindəm etibarən dəstək göndərməyə başlayıb. Helikopterlər, yanğınsöndürənlər, amfibiya təyyarə, 750 qardaşımız yanğının söndürülməsinə dəstək verməkdədir. Yanğınların söndürülmə fəaliyyəti tamamlanıb. Amma 3 ərazidə geniş miqyaslı yanğınlar davam etməkdədir. Hazırda soyutma işləri görülür.