Azərbaycan karantinlə bağlı cərimələri ləğv edəcəkmi? – Deputatbackend

Azərbaycan karantinlə bağlı cərimələri ləğv edəcəkmi? – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gələcəkdə Azərbaycanda da belə bir qərar verilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstan hökumətinin karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Deputat qeyd edib ki, gələcəkdə vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün bu addımı atmaq olar:
 
“İndiki vəziyyətdə toyların keçirilməsi ilə bağlı verilən qərarda cərimələr nəzərdə tutulur. İndi cərimələrlə bağlı qərar ləgv olunsa, onda heç kim qaydalara əməl etməyəcək və yoluxma sürətlə artacaq. Ona görə də bunun müəyyən detallarına baxıb həll eləmək lazımdır”.
Qeyd edək ki, Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Qərar 245 mindən çox sakini və 344 hüquqi şəxsi əhatə edəcək. Ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu bildirilib.