Azərbaycan jurnalistlərinin qurultayı keçirilirbackend

Azərbaycan jurnalistlərinin qurultayı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.
TİA.AZ xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.
Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.
Daha sonra Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.
3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.