Azərbaycan İslamiadada növbəti medalını qazanıbbackend

Azərbaycan İslamiadada növbəti medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

TİA.AZ xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.