Azərbaycan I Divizionunda mövsüm başa çatıb, bütün medalçılar bəlli olubbackend

Azərbaycan I Divizionunda mövsüm başa çatıb, bütün medalçılar bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünə yekun vurulub.

TİA.AZ-ın məlumatına görə, sonuncu – XXIV turun oyunlarından sonra bütün mükafatçılar bəlli olub.

Çempionluğu əvvəlki turlarda rəsmiləşdirən “Qaradağ Lökbatan” qızıl, “Şamaxı-2” gümüş, “Qarabağ-2” isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, I Divizionda mükafatlandırma mərasimi bu gün keçiriləcək.