Azərbaycan I Divizionunda çempion və medalçılar müəyyənləşdibackend

Azərbaycan I Divizionunda çempion və medalçılar müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

TİA.AZ-ın məlumatına görə, XXV turda evdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gələn “Neftçi-2” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Ağ-qaralar”ın qolunu 65-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Bu qələbədən sonra xallarını 61-ə çatdıran paytaxt təmsilçisi ən yaxın izləyicisi “Zaqatala”nı 11 xal qabaqlayır.

Aşağı dəstədə medalçılar da bəlli olub. Digər komandaların 2-3-cü yerləri tutmaq şansı olmadığından “Zaqatala” ilə “Turan Tovuz” mükafatları təmin edib. Rəqiblərindən 1 oyun az keçirən zaqatalalılar 50 xalla ikinci pillədə qərarlaşıb. Əyalət komandası mayın 7-də “Qaradağ Lökbatan”ı qəbul edəcək. XXV turda “Sabah”la 3:3 hesablı heç-heçəyə razılaşan “Turan Tovuz” isə 48 xalla 3-cü sırada yer alıb.

Günün digər oyununda “Qarabağ-2” evdə “Keşlə-2″ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda “Neftçi-2″nin baş məşqçisi Mahmud Qurbanovdur. Əslən Gəncədən olan 50 yaşlı mütəxəssis 1992 – 1996 və 1997 – 2000-ci illərdə “Kəpəz”in futbolçusu, 2012-2013-cü illərdə isə baş məşqçisi olub.