Azərbaycan HR İnstitutu “İnsan Resursları üzrə Peşə hazırlığı” proqramının tədrisinə başladı – FOTOLARbackend

Azərbaycan HR İnstitutu “İnsan Resursları üzrə Peşə hazırlığı” proqramının tədrisinə başladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan HR İnstitutu ölkəmizdə ilk dəfə olaraq “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının tədrisinə başlamışdır. Tədris proqramı İnsan resursları sahəsinin bütün əsas modullarını əhatə etməklə, peşəkar müəllim heyəti tərəfindən beynəlxalq standartlara əsasən həyata keçirilir. 
30.10.2021-ci il tarixində Hilton Baku otelində İnsan Resursları üzrə Peşə hazırlığı (İRPH) proqramı “Məzunlarının təltifolunma” tədbiri baş tutmuşdur.
Tədbirdə Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov çıxış edərək, İnsan resursları üzrə kadr hazırlığının önəmi və ölkəmizdə bu sahəyə xüsusi diqqətin olduğunu vurğulamışdır. GDG Professionals şirkətinin Baş direktoru Gülzar Quliyeva tərəfindən “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının məzunlarına “HR masterklass” keçirilmişdir. Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı şöbəsinin müdiri Kənan Bağırov tədbirdə çıxış edərək Azərbaycan HR İnstitutunun cari fəaliyyətini yüksək qiymətləndirmiş, “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının məzunlarına gələcək karyera fəaliyyətində uğurlar arzulamışlar.
Ölkəmizdə İnsan kapitalının inkişafını qarşıya əsas məqsəd qoymuş Azərbaycan HR İnstitutu həmçinin İnsan resursları üzrə beynəlxalq akkreditasiyadan keçmiş “Milli Sertifikasiya” proqramlarının peşəkar tədrisinə başlamışdır.