“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib”backend

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn və sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyinə çevrildi.

Heç kəsə sirr deyil ki, ötən illlər ərzində Azərbaycanın hərtərəfli inkişafı prosesinə bələdçilik etmiş Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda yaradılmışdır. Yeni Azərbaycan Partiyasının sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, ulu öndərin rəhbərlik etdiyi və Onun ideyalarına sadiq qalan Partiya hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Yeni Azərbaycan Partiyası nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Partiya ideoloji xarakteristikasına görə islahatçı, praqmatik və mütərəqqi siyasi institutdur. Partiyanın fundamental ideoloji prinsipləri azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə birləşdirir. Ötən bu illər ərzində əldə olunan uğurlarda

Yeni Azərbaycan Partiyasının üzvlərinin əvəzsiz fəaliyyəti, böyük payı vardır. Təbii ki, bu inama əsas verən möhtərəm Prezidentimizin ötən dövrdə gördüyü işlər, yeni-yeni hədəflərə çatmaq üçün göstərdiyi səylərdir. Bütün bunların təməlində xalq-iqtidar birliyinin əbədiliyi, sarsılmazlığı dayanır.

Masallı rayonu, Təzə Alvadı kənd sakini: Qoşqar Əliyev