backend

Azərbaycan `hə` dedi, Türkiyə isə `yox`

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada keçiriləcək “Eurovision-2017” mahnı yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. 

Ukraynada keçiriləcək “Eurovision-2017” mahnı yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb.

XALQ.AZ yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, Kiyevdə keçiriləcək müsabiqəyə Azərbaycan daxil olmaqla 43 dövlət qatılacaq.

Rusiya da yarışmada iştirak etmək niyyətindədir. Türkiyə isə ötən illərdə olduğu kimi müsabiqəyə qatılmayacaq.

Müsabiqə Kiyevdə Dnepr çay sol sahilində yerləşən Beynəlxalq sərgi salonunda keçiriləcək. Kompleksin ümumi həcmi 60 min kvadrat metrdir.

Qeyd edək ki, ötən il Stokholmda Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi Ukrayna olub. Bu ölkəni musiqi yarışmasında Krım tatarlarının deportasiyasından bəhs edən 1944 adlı mahnısı ilə Camala təmsil edib.