Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlibbackend

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

TİA.AZ-ın məlumatına görə, milliləşən legioner buna təsəlliverici görüşdə qələbə qazanmaqla nail olub.

86 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz medal uğrunda qarşılaşmaya vəsiqəni Hovannes Mxitaryanla mübarizədə qazanıb. Güləşçimiz Ermənistandan olan rəqibini 8:5 hesabı ilə məğlub edib.

O, Boris Makoyevlə (Slovakiya) bürünc uğrunda qarşılaşmaya bu gün çıxacaq. Medallar uğrunda qarşılaşmalara Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu gün millimizin daha dörd güləşçisi mükafat uğrunda görüşə çıxacaq.