“Azərbaycan gəncliyi öz canı-qanı ilə tarix yazdı”backend

“Azərbaycan gəncliyi öz canı-qanı ilə tarix yazdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 fevral – gənclər günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”.
Bu sözləri TİA.az-a açıqlamasında Xəzər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Məftun Quluzadə söyləyib.
O qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
“Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün də Cənab Prezident olduqca tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bugün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir”.
Məftun Quluzadə bildirib ki, gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır:
“Yola saldığımız il Azərbaycan tarixində əlamətdar il oldu. 44 günlük Vətən Müharibəsi zamanı biz bütün dünyaya öz milli kimliyimizi sübut etdik. 30 ildir işğal altında olan torpaqlarımız azad edildi və böyük zəfər qazandıq. Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı və biz düşməni yerində oturtduq. Gənclərimiz öz canı və qanı bahasına bizi doğma torpaqlarımıza qovuşdurdular. Bu mənada bu gün qeyd etdiyimiz gənclər günü bizim üçün əlamətdardır”.