Azərbaycan əhalisinin sayı açıqlanıbbackend

Azərbaycan əhalisinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 22 781 nəfər və ya 0.2% artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10 179 147 nəfərə çatıb. Əhalinin ümumi sayının 52.9%-ini şəhər, 47.1%-ini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

TİA.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50 239 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11.4-dən 12.1-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.9%, qızların xüsusi çəkisi isə 47.1% təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.

Komitənin məlumatına əsasən, ölkədə cari ilin yanvar-may ayları ərzində 28 098 ölüm halı
qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.7-dən 6.8-ə düşüb.