Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Ötən il Azərbaycan əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10067108 nəfərə çatıb.

TİA.AZ xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.