“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri açıqlandıbackend

“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.

TİA.AZ xəbər verir ki, imtahanın nəticələri bu gün saat 17:43-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 17987 abituriyentdən 396 nəfəri imtahana gəlməyib.

Tələb olunan qaydaları pozduğu üçün 1 nəfərin imtahan nəticəsi ləğv olunub.