“Azərbaycan Dəmir Yolları”nda maaş böhranı: İşçilərin əməkhaqqları azaldıldı-ETİRAZ(VİDEO)backend

“Azərbaycan Dəmir Yolları”nda maaş böhranı: İşçilərin əməkhaqqları azaldıldı-ETİRAZ(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,bu gün səhər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 100-ə yaxın işçisi qurumun binası önünə toplaşıblar və hazırda da ordadırlar. Onların bildirdiyinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun göstərişilə işçilərin əmək haqlarının 3/1 hissəsi iyun ayından kəsiləcək. Hazırda 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. Rəhbərlik onlara deyib ki, maddi problemlərə görə hər bir işçinin əmək haqqı təxminən 140-150 AZN azaldılacaq. Qurumun ofisi qarşısında 100-dən çox işçi yığışaraq buna etirazlarını bildirirlər.