“Azərbaycan Dəmir Yolları” məhkəmə qarşısındabackend

“Azərbaycan Dəmir Yolları” məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı “Dəmiryolservis” MMC-dir. Açıq mənbələrdə işin mahiyyəti barədə hər hansı məlumat yoxdur.
MMC-nin iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılır.
“Dəmiryolservis” MMC 14 noyabr 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 41 115 000 AZN olan şirkətin qanuni təmsilçisi Lütfəlibəyov Əliəşrəf Orxan oğludur. O, fəxri dəmiryolçudur.
Maraqlıdır ki, “Dəmiryolservis” MMC “Azərbaycan Dəmir Yolları” QSC-yə bağlı şirkətdir. 2021-ci ildə QSC-nin nəzdində fəaliyyət göstərən “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin adı “ADY Tikinti” MMC-yə dəyişdirilib. Bundan sonra 4 şirkət, o cümlədən “Dəmiryolservis” MMC “ADY Tikinti”yə birləşib. Ehtimal etmək olar ki, QSC ilə MMC arasındakı məhkəmə çəkişməsi bu məsələdən qaynaqlanır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur.