“Azərbaycan daha layiqli təmsil oluna bilərdi” – Hüsniyəbackend

“Azərbaycan daha layiqli təmsil oluna bilərdi” – Hüsniyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim.

TİA.AZ xəbər verir ki, bu sözləri “Avroviziya-2021”də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.

“Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!”, – o qeyd edib.

Məhərrəmova düşünür ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi:

“Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşqul olmağı arzu edirəm”.