Azərbaycan daha 3 rayonun mina xəritəsini əldə etməyə çalışacaqbackend

Azərbaycan daha 3 rayonun mina xəritəsini əldə etməyə çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Düşünürəm ki, növbəti mərhələdə Azərbaycan tərəfi 3 rayonun – Cəbrayıl, Tərtər və Kəlbəcərin mina xəritəsini əldə etməyə çalışacaq”.
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, son 21 gündə 3 rayonun ərazisində yerləşən minaların xəritəsini Azərbaycana verilməsi növbəti mərhələdə də proseslərin davam edəcəyinə dair ümidləri artırır:
“Azərbaycan üçün daha aktual olan xəritələr Cəbrayıl, Tərtər və Kəlbəcər rayonlarının ərazisində yerləşən minalanmış sahələrə aid olan xəritələrdir”.