Azərbaycan da cavab olaraq İrana hava məkanını bağlaya bilər – Hərbi ekspertbackend

Azərbaycan da cavab olaraq İrana hava məkanını bağlaya bilər – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın bu hərəkəti cılız olmaqla yanaşı, uşaq hərəkətidir. Kobud səhvə yol veriblər. İran hələlik eyforiyadadır. Amma bir gün ayılacaqlar, onda da gec olacaq. Tehran bununla çox şeyi itirəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son günlər aqressivləşən İranın öz hava məkanını Azərbaycandan Naxçıvana uçan hərbi təchizat təyyarələrinin üzünə bağlamasına münasibət bildirərkən deyib. Ekspert bildirir ki, İran rejiminin bu addımının Azərbaycana heç bir təsiri olmayacaq:

“İran son zamanlar məsuliyyətsiz addımlar atmağa başlayıb. Tehranın bu cılız hərəkətinin Azərbaycana hər hansı bir ciddi təsiri olmayacaq. Azərbaycan quru yolu vasitəsilə və ya digər yollarla məsələni həll edəcək. Sadəcə, vaxt məsələsində cüzi çətinliklər yarana bilər. İranın bu sərsəm addımı Naxçıvana heç bir problem yaratmayacaq. Azərbaycanın bu bölgəsinə təyyarələrimiz uçub, uçur və bundan sonra da uçacaq. Artıq AZAL Ermənistanın hava məkanından da istifadə edir. Naxçıvandakı hərbi hissələrimizdə ehtiyat tədbirləri hərtərəfli görülüb. Bu hərbi hissələrdə uzun müddətə təmin etmək üçün bütün lazım olan hər cür ehtiyatlar var. Bundan əlavə, Naxçıvan rahat şəkildə Türkiyə ilə əlaqə qurmaq imkanındadır. Türkiyədən bir necə saata Naxçıvana istənilən təyinatlı məhsul və yükləri daşımaq mümkündür”.

Ü. Cəfərov qeyd edir ki, Azərbaycan İran marşrutundan nadir hallarda istifadə edir. Belə olan halda həmsöhbətimizə görə, Tehranın bu yersiz hərəkəti İranın öz başında çatlaya bilər:

“Tehran anlamır ki, onun Rusiya ilə bütün ticarət əməliyyatları Azərbaycan üzərindən həyata keçirilir. Belədə, zərurət yarandıqda Azərbaycan cavab addımı atarsa, bunun acısını İran özü çəkəcək. İran isə Ermənistanı dost və qardaş ölkə hesab edir. Anlamırlar ki, məscidi, Quranı təhqir edən ölkədən dost və qardaş ola bilməz. Deməli, onda İranın dinə xidməti də saxtadır”.