Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcəkbackend

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.
TİA.AZ xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.
– Mərkəzi Bank;
– Maliyyə Nazirliyi;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
– Dövlət Turizm Agentliyi;
Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.