Azərbaycan 29-cu pilləyə yüksəlibbackend

Azərbaycan 29-cu pilləyə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda vəsiqə alıb. Novator.az bildirir ki, Çempionlar Liqasında üç, Konfrans Liqasında iki mərhələnin ardından 83 komanda mübarizəni dayandırıb, indi Çempionlar Liqasında 48, Avropa Liqasında 33, Konfrans Liqasında 69 komanda var. 7 UEFA üzvü, o cümlədən Gürcüstan təmsilçisiz qalıb.

Azərbaycanın Çempionlar Liqasındakı nümayəndəsi “Qarabağ” birinci və ikinci mərhələləri aşıb, üçüncü mərhələdə Macarıstanın “Ferensvaroş” komandası ilə üz-üzə gələcək.Konfrans Liqasına ikinci mərhələdə qoşulan üç Azərbaycan komandasından biri – “Neftçi” raundu dəf edib, üçüncü mərhələdə Avstriyadan “Rapid”lə görüşəcək.

Çempionlar Liqasının üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədə qərar tutur. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup raundundan başlayaraq minimum 1, maksimum 5 bonus xalı da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. 2022-2023 mövsümündə Azərbaycan 1,250 əmsal əldə edib.