Azərbaycan 1 ilə kriptovalyutasını yarada bilər (VİDEO)backend

Azərbaycan 1 ilə kriptovalyutasını yarada bilər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir il ərzində Azərbaycanda milli kriptovalyuta yaratmaq olar.
Bunu ARB24-ün “Telebloq” layihəsinə açıqlmasında  “Keepface”in həmtəsisçisi Elşad Yusifli deyib. O bildirib ki, artıq dünyada dövlətlər öz milli kriptovalyutasını yaratmağa başlayır:
“Bu, yeni trenddir və İngiltərədə bu trend var. Çin də kriptovalyutasını çıxarır, Rusiyada isə artıq o test mərhələsindədir. Azərbaycanda da bu mövzuda məlumatlılıq yetərincədir. Bizdə kriptovalyuta alıb-satan çox deyil, lakin demək olar ki, hamı bununla bağlı nələrsə bilir. Bir ilə yaxın müddətdə çalışmaqla milli kriptovalyuta yaratmaq olar. Yerli koinlə bağlı dövlət idarələrində ayrıca müzakirələr aparılır. Lakin tam qərar verilib, layihəyə başlanılmayıb. Azərbaycanda öz kriptovalyutasını çıxartmaq istəyən bir neçə startap olub.  Hazırda da kriptovalyutasını çıxarmağa çalışan bəzi startaplar var. “Blokçeyn” texnologiyalarını izləyən və hansısa araşdırmalar, kiçik həcmli testlər edən developerlər var. Sadəcə olaraq onları bir yerə toplamaqla və xaricdən hansısa mütəxəssisi prosesə cəlb etməklə onu reallaşdırmaq mümkündür”.