Tribuna İnformasiya Agentliyi

Azarkeşləri daşıyan təyyarə tüstüləyən mühərriklə endi – VİDEO

23 İyun

Perunun “RPP” tele-radio şirkəti futbol azarkeşlərini Perudan Rusiyaya daşıyan sərnişin təyyarəsində baş vermiş insidentlə bağlı sujet yayıb.

Oxu.Az xəbər verir ki, görüntü “YouTube” portalına yerləşdirilib.

Məlumata görə, “UTair” aviaşirkətinə aid sərnişin təyyarəsi 70 perulu azarkeşlə Yekaterinbuqrdan Tümenə uçub. Enişə 20 dəqiqə qalmış sərnişinlə gurultu səsi eşidib, ardınca təyyarənin salonu tüstülənib.

Xoşbəxtlikdən təyyarə itkisiz şəkildə hava limanına enə bilib. Xəsarət alanlar barədə məlumat yoxdur.