AZAL-ın keçmiş idarə rəisi azadlığa buraxılıb: 15 il sonrabackend

AZAL-ın keçmiş idarə rəisi azadlığa buraxılıb: 15 il sonra

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

TİA.AZ report-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.

Qərara əsasən, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, E.Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Məhkəmənin qərarı ilə E.Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.