Tribuna İnformasiya Agentliyi

Azadlığa çıxmış Branson ABŞ bayrağını öpdü – FOTO

13 Oktyabr

Azadlığa buraxılmış rahib Andrey Branson Almaniyaya gəlib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azadlığa buraxılmış rahib Andrey Bransonu aparan təyyarə Almaniyada eniş edib.

ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel Bransonu hava limanında qarşılayıb.

Rahib Branson burada ABŞ bayrağını öpüb.

Bransonun xanımı da onunla birlikdə olub.