Tribuna İnformasiya Agentliyi

“Azərişıq” hər yerdə işıq var deyir, amma…

04 İyul
Ölkədə iki gündür yaranmış enerji böhranı davam edir. Paytaxtda və əksər rayonlarda enerjinin verilməsi bərpa olunsa da, hələ də işığa həsrət qalan yerlər var. Xüsusən kəndlərdə enerji problemi davam edir.
Bəzi rayonlardan, xüsusən Salyanın kəndlərindən redaksiyamıza bu barədə məlumatlar daxil olur. Belə ki, Salyanın bəzi kəndlərində iki günə yaxındır enerji yoxdur. Dünən axşam saatlarında enerji verilməsi bərpa olunsa da, az sonra yaranan enerji böhranı səbəbindən yenidən dayandırılıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Lakin qurum rəsmisi bildirdi ki, gecə 04:00-dan etibarən ölkədə enerji təminatı tam şəkildə bərpa olunub:
“2 milyon 600 min abonent var, əgər kimdəsə fərdi qaydada problem varsa, 199 Qaynar Xəttinə zəng edərək məlumat verə bilərlər”.