Tribuna İnformasiya Agentliyi

““Azərenerji”ni məhkəməyə vermək üçün istehlakçı kifayət qədər sübutlar təqdim etməlidir”

23 İyul
İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verməsi nəticəsində ölkədə ciddi enerji problemi yarandı. Elektrik enerjisinin olmaması səbəbindən istehlakçılara və sahibkarlara külli-miqdarda maddi ziyan dəydi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir neçə gün öncə telekanalların birinə açıqlamasında bildirmişdi ki, istehlakçılar “Azərenrji” kimi digər qurumları da yarıtmaaz işlərinə və onlara vurduqları zərərə görə məhkəməyə müraciət edərək qalib gələ bilərlər.
 
Amma bu o qədər də inandırıcı görsənmir. Çünki o zaman istehlakçılar “Azərenerji”, “Azəriqaz”, “Azərsu” kimi qurumlara qarşı məhkəmədə minlərlə iddia qaldırardılar.
 
Amma E. Hüseynov Moderator.az-a açıqmasında bildirdi ki, vətəndaşlar “Azərenerji”ni dəymiş ziyana görə məhkəməyə verib təzminat tələb edə bilərlər. Çox maraqlıdır ki, təcrübədə istehlakçı hər hansısa bir dövlət qurumunu dəymiş maddi ziyana görə məhkəməyə verərək qalib gəlibmi? Qurum sədri bu kimi halların baş verdiyini bildirdi:
“Biz Azad İstehlakçılar Birliyi olaraq “Azəriqaz” İstehsalat Birliyini qazımızın kəsilməsinə görə məhkəməyə verib qalib gəlmişik, hətta təzminat da almışıq. Eləcə də vətəndaşların müraciəti əsasında “Azəriqaz” və “Azərenerji”yə qarşı bizim təşkilat vətəndaşların məhkəmə işini aparıb və qalib gəlmişik. Bunun üçün gərək kifayət qədər sübutlar olsun. Çox təəssüflər olsun ki, elektirik enerjisinin istifadə qaydalarında qeyd olunur ki, elektrikin gərginliyinin parametrlərinin dəyişməsi məsələsi təchizatçı tərəfindən qeydə alınır. Yəni təchizatçı təsdiq etməsə ki, flan saatda mənim elektrik xəttimdə dəyişiklər olmayıb, onda məhkəmədə işə baxmaq mümkün olmayacaq. Bütün hallarda istehlakçılar akt tərtib edib, həmin anları qeyd edib məhkəmədə təzminat tələb edə bilərlər”.