Tribuna İnformasiya Agentliyi

Azərbaycanlılar Türkiyədə neçə ev alıb?

22 Dekabr
Türkiyə Statistika Komitəsi ölkədə ev alan xarici vətəndaşlarının siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, azərbaycanlılar bu ilin noyabr ayında qardaş ölkədən 144 mənzil alıb. Ötən ilin noyabrında bu say 62 olub.
Ötən ilin yanvar-noyabr ayları aralığında həmyerlilərimiz qardaş ölkədə 851 ev alıbsa, cari ilin analoji dövründə bu say 1084-ə yüksəlib.