Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı zəvvarlar üçün kvota artırıldı

30 Aprel

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub.

TİA.AZ  Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən bildirir ki, Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün nəzərdə tutulan 900 nəfərlik kvotaya daha 200 yer əlavə edilib. Bu günə qədər cəmi 100 yer boş qalıb. Sənəd qəbulunun son günü kimi mayın 1-i nəzərdə tutulsa da, müddət də ayın 10-na qədər uzadılıb.

Qeyd edək ki, zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur.

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.