Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı “Xaricdə təhsil” adıyla yüzlərlə adamın pulunu və sənədlərini götürüb ABŞ-a qaçdı – FOTOlar

03 Dekabr

Milli.Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Cahangir Qarayev yazıb. Onun qeyd etdiyinə görə İsgəndər Ağayev adlı şəxs yüzlərlə həmyerlimizin sənəd və pullarını götürərək ABŞ-a qaçıb.

Milli.Az statusu olduğu kimi təqdim edir:

“Bir fırıldaqçı haqqında onun yaxın və uzaq ətrafına, eləcə də tanımayanlara informasiya vermək istəyirəm.

(bizə yazın: leveland.isgender@gmail.com , instagram @leveland_isgender)
Azərbaycan, Bakı şəhərində fəaliyyət göstərmiş keçmiş #LEVELAND – “təhsil mərkəzi”nin rəhbəri – İsgəndər Ağayev Xaliq oğlu (Aghayev Isgandar Khalig oghlu) (26.09.1988 təvəllüdlü, Hacıqabul, Talış kənd qeydiyyatlı) yüzlərlə Azərbaycan Vətəndaşından “Xaricdə təhsil” adı ilə yüksək məbləğdə pul və lazımlı sənədlərin əslini toplayıb ailəsiylə birgə – ABŞ-a qaçıb.

İnstagram və facebook – hesablarıma onlarla zərərçəkmiş şəxs yazıb – bildirib ki, İsgəndər Ağayev Xaliq oğlu – (dəqiq məlum olan son bir il ərzində) müxtəlif adlarla – xaricdə – magistr-bakalavr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-5000 dollar və daha çox məbləğdə pulları toplayıb, vacib sənədləri (xarici pasportlar, İELTS və ya digər sertifikatlar, attestatlar, diplomlar) götürüb (əvvəllər özü dediyi kimi) guya vətəndaşlarla imzaladığı (saxta) müqavilələrdə vəd verdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya gedib. 2018-ci ilin iyul ayından etibarən Azərbaycanda yoxdur.

Harda olduğunu, nə işlə məşğul olduğunu soruşduqda, “gördüyü” işlərin gedişat və ya yekun nəticələri ilə bağlı elementar sübut istədikdə – heç bir sübut göstərə bilmir, sadəcə hamıya eyni cavabı verir: “Mənim işimə mane olmayın”, “İşin gedişatı deyil-əsas nəticədir”, “Hər şey qaydasındadır, narahat olmayın” , “Hər şey yaxşı olacaq”, “Sizin qəbl cavabınız çıxıb”, “Hər şey hazırdır”, “işlər yekunlaşmaq üzrədir” və s.. standart – şablon cavablar.

Zərərçəkmişlər İsgəndərdən sənədlərini tələb etdikdə – hər dəfə bir cavab verib : “Sənədlər məndədir”, “Sənədlər Bakıdadır” , konkret kimdə olduğunu dirənib-soruşanda, elə bir adam adı (dostu Murad İsmayılov) deyir ki, heç o adam özü də (guya dediyinə görə) sənədlərin harda olduğunu bilmir. Son nəticə olaraq İsgəndər və Murad qeyd edib ki , sənədlərin əsli İsgəndərin qardaşı Ağayev Fəqani Xaliq oğlundadır (29.09.1990, Hacıqabul, Talış kəndi).

İsgəndər bu günə qədər heç kəsə nə pul qaytarıb, nə sənədləri, nə də müqavilə üzrə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Bu məsələylə bağlı 500-ə yaxın zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib və araşdırmalar-dindirilmələr, şikayət-ərizə qəbulu davam etdirilir.
2017-ci il dekabr ayında İsgəndərin dələduzluq faktı üzrə cinayət işi olub və ölkədən çıxışına qadağa qoyulub, amma 2018-ci ilin aprel ayında qadağa götürülüb və o, xaricə səfərlər edib.

2018-ci ilin iyul ayından etibarən isə İsgəndər #leveland kursunun rəsmi instagram-facebook səhifələrini bağlayıb, heç bir mobil nömrəsinə zəng çatmır, kursun ofisi zərərçəkmişlərin şikayətindən sonra bağlanıb. Sadəcə, bir whatsapp nömrəsi var idi (+99455-2564620). Buna da gündə bir dəfə və ya 3-4 gündən bir daxil olub – öz aləmində hamını boş sözləriylə – “yatızdırıb” offline olurdu. 7 oktyabrdan etibarən, ümumiyyətlə, heç kimlə danışmır, whatsapp – a daxil olmur. İsgəndər hal-hazırda həyat yoldaşı ilə ABŞ-dadır, oturum izni almaq üçün ABŞ dövlətindən sığınacaq istəyib, işləyir, sənədlərini düzəltməyə çalışır.

Vicdanı olan, digər insanların da başına fırıldaqçılıqların gəlməməyini istəyən və artıq zərər çəkmiş insanların zərərinin ödənməsinə, sənədlərin qaytarılmasına nail olmaq üçün kömək etmək istəyənlər, bu yazını paylaşıb – İsgəndərin tapılmasına – yerinin aşkar olunmasına və hətta cəzalanmasına vasitəçi olsunlar. İsgəndəri dünyanın istənilən yerində görənlər olarsa – heç kim ona kömək etməsin”.