Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı qız Hollivud filmində

26 Noyabr

Azərbaycan istehsalı olan “Aporia” filminin baş qəhramanı olan Aysel Yusupova Hollivuda dünyaca məşhur aktrisa Lara Kuroft ilə eyni filmdə rol alacaq. Tia.az xəbər verir ki, Amerikada da yayımlanan “Aporia” filminin istehsal edən şirkətlərindən biri olan “BDAmerika” prodakşın “Sultansoy” prodakşına yeni çəkəcəkləri, dünyaca məşhur aktrisa Lara Kuroftunda rol alacağı filmdə “Aporia” filminin baş qəhramanı Azərbaycanlı Aysel Yusupovanıda çəkmək istədiklərini bildirib.

“Sultansoy” prodakşından verilən məlumata görə, hazırda qarşı tərəflə danışıqlar aparılır. Aysel Yusupova məşhur aktrisaya çox bənzədiyi üçün onun əkiz bacısını canlandıracaq. Qeyd edək ki, Aysel Yusupova Azərbaycan xalq teatrının aktrisasıdır. Xatırladaq ki, “Aporia” filmi noyabr ayının 22-sindən etibarən nümayiş edilməyə başlayıb. Hazırda film Amerika və Azərbaycanda nümayiş edilir.