Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı məmurun rüşvət qalmaqalında görüntüləri yayıldı: – “Sənin ağzını cırdıraram!”

07 Dekabr

TİA.AZ A24.Az-a istinadən xəbər verir ki, Xaçmaz Mədəniyyət Evinin sabiq müdiri, hazırda Xaçmaz Mərkəzi Kitabxana Sisteminin təşkilatı metodika şöbəsinin rəhbəri olan Zöhrab Məmmədovun rüşvət aldığı iddia olunan şəxslərlə söhbətinin görüntüləri yayılıb.

Söhbət zamanı vətəndaşlar Zöhrab Məmmədova rüşvət verdiklərini deyir və verdikləri pulun qaytarılmasını istəyir. Məmur isə israrla onlardan pul almadığını deyir. Hətta söhbət əsnasında vətəndaş məmuru təhqir edir, Zöhrab Məmmədov isə ona “sənin ağzını cırdıraram” deyir.

Qeyd edək ki, Zöhrab Məmmədovun Xaçmazda 10-larla vətəndaşdan işə düzəltmək adıyla rüşvət aldığı və onları aldatdığı barədə xəbərlər yayılıb.

Jurnalsit Cəmil Məmmədli də bu barədə ona şikayət edən vətəndaşların olduğunu qeyd edib:

“2014-cü ilin fevral ayında bir qrup şəxs mənə dedi ki, o vaxtı Xaçmaz rayon Mədəniyyət evinin müdiri Zöhrab Məmmədov onları aldadaraq, yalandan işə düzəltmək adı ilə pul alıb. Bir neçə ay işləyəndən sonra isə onları əmək kitabçalarını korlayacağı ilə təhdid edərək, öz ərizələri ilə işdən çıxardıb, boş yerlərə başqalarından pul alaraq, onları təyin edib. Aralarından iki nəfərlə getdik, uzun bir proses oldu. Zöhrab əvvəl adəti üzrə hamının üzünə durmağa çalışdı. Nəhayətdə Zöhrab yalvardı ki, nə çəkiliş getsin efirə, nə də vətəndaşlar prokurorluğa getməsin. Özüm bu adamın yerinə, yalvarışlarına dözməyib, vətəndaşlardan xahiş etdim ki, buna möhlət versinlər, bir qələtdi, edib, pulu qaytarar. Elə burda da səhv etdiyimi illər sonra anlayıram”.

VİDEO BURADA