Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı idmançı Mustafa Əhmədov beşinci dəfə dünya çempionu oldu-Fotolar

09 Oktyabr

Rusiyanın paytaxtı Moskvada  WRPF versiyasi uzrə  növbəti dünya çempionatı keçirilib.

TİA.AZ məlumat verir ki, oktyabrın 4-8 aralığında təşkil olunan yarışda Azərbaycan da təmsil olunub.

Ölkəmizi Mustafa Əhmədov təmsil edərək növbəti dünya rekordunu icra etmişdir. İdmançımız (bench press) hərəkti ilə yüngül təhçizatda 315 kg ağırlıq qaldırmışdır.Xatirladaq ki,bu çəkidə və  bu versiyada 100 kg derecede yeni Dunya rekordu idi.  Qeyd edək ki, Mustafa Əhmədov ilk dəfə   2008- ci ildə Dunya çempionu olmuşdur və bu qalibiyyət  artıq 5 qat Dünya çempionu  adını qazanmışdır və qızıl medala sahib olmuşdur . Mustafa Əhmədov Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb.