Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı cərrah qadınları iyrənc şəkildə təbrik etdi – FOTO

09 Mart

Dünəndən etibarən sosial şəbəkələrdə azərbaycanlı cərrahlardan birinin “sənət əsəri” paylaşılmaqdadır.

Virtualaz.org xəbər verir ki, fotoşəkildə üzündə tibbi maska olan cərrah masanın üzərində kəsilmiş insan mədələrindən düzəltdiyi “8” rəqəmi və “mart” sözü ilə təbrik “yaradıb”.

Bu fotoşəkil sosial şəbəkə istifadəçilərinin haqlı hiddətinə səbəb olub. Lakin elələri də tapılıb ki, bunun cərrah və həkimlər üçün “adi şey” olduğunu nəzərə çatdırıblar.

Qeyd edək ki, cərrah təbrikini imzalamağı da unutmayıb – “Doktor Rəfiyev”.

Bu hərəkətin həkimlik etikasına nə dərəcədə sığdığını müəyyənləşdirmək isə, yəqin ki, səlahiyyətli orqanların işidir.

Azərbaycanlı cərrah qadınları iyrənc şəkildə təbrik etdi