Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı akademikin mühazirəsində bayrağımız təhrif edildi – FOTOLAR

17 May
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakı ilə 7-11 may 2018-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində görüş keçirilib.
Tədbir Hacettepe Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru professor Şükrü Haluk Akalının rəhbərliyi ilə keçirilib.
AZXEBER.COM xəbər verir ki. görüşdə diqqətçəkən məqam Azərbaycan bayrağının rənglərinin təhrif olunması olub. Belə ki, yaşıl rəng birinci, qırmızı ikinci, göy rəng isə üçüncü sırada verilib.

M.Nağısoylu görüşdə “Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında” məruzəsilə çıxış edib. Akademik bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılardır. Bu baxımdan doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlunun (XIII əsr), xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük əhəmiyyət daşıyır. Sonra bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur.

Maraqlıdır ki, görüş türkçülüklə bağlı olsa da, türkçülüyü özündə ehtiva edən bayrağımız təhrif edilib və buna hər kəs göz yumub.
Hətta bayrağın bu formada olan görüntüsünü Dilçilik İnstitutunun rəsmi saytı da yayımlayıb.
Həmin fotoları təqdim edirik:
TİA.AZ