Tribuna İnformasiya Agentliyi

Xəyyam Mirzəzadə vəfat etdi

30 İyul

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

TİA.AZ xəbər verir ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.