Tribuna İnformasiya Agentliyi

Azərbaycanın “Ulduz” komandası Çempionlar Liqasında iştirak edəcək

21 Dekabr

Almaniyanın Ştutqart şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, yanvarın 2-dən 6-dək davam edəcək turnirdə Azərbaycanı eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası təmsil edəcək.

Püşkün nəticəsinə görə, D qrupunda yer alan komandanın rəqibləri İsrailin “Dolphins Ashdod”, İsveçin “Lundia”, Almaniyanın “Essen” və Fransanın “Paris” komandaları olacaq.

“Ulduz” yanvarın 2-də Bakı vaxtı ilə saat 12:00-da “Dolphins Ashdod”, 16:00-da isə “Lundia”, yanvarın 3-də saat 15:00-da “Essen”, saat 18:00-da “Paris” komandası ilə qarşılaşacaq.

Yanvarın 4-də 1/4, ertəsi gün yarımfinal, yanvarın 6-da isə üçüncü yer və final oyunu keçiriləcək.