Tribuna İnformasiya Agentliyi

Azərbaycanın mövqeyi dəyişdi – UEFA reytinqi

15 Avqust

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən bəzi cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, bir təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. “Qarabağ”ın səfərdə BATE ilə heç-heçə (1:1) etməsi ölkəmizin hesabına 0.125 xal gətirib. Azərbaycan 18.250 xalla 1 pillə irəliləyərək İsraili qabaqlayıb və 24-cü pilləyə yüksəlib.

 

Qeyd edək ki, İsrailin 18.125 xalı var.