Tribuna İnformasiya Agentliyi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edilib

21 Dekabr

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.

TİA.AZ xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.

 

“M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, – E.Məmmədov bildirib.

 

O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.