Tribuna İnformasiya Agentliyi

Azərbaycanın iki atleti Avropa çempionatında finala vəsiqə qazanıb

10 Avqust

Azərbaycan atletləri – Nazim Babayev və Aleksis Kopello Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

“Report” xəbər verir ki, hər iki idmançı üçtəkanla uzunluğa tullanma yarışında finala yüksəliblər. Kopello ən yaxşı – 16,82 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub. Babayev isə 16,54 metr nəticə ilə 9-cu olub və həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, üçtəkanla tullanma yarışının finalı avqustun 12-də təşkil olunacaq.