Tribuna İnformasiya Agentliyi

Azərbaycanın bu qəsəbəsində “KamAZ”ı olmayana qız verilmir-VİDEO

05 May

Bura Bakıdan təxminən 70 kilometrlik məsafədə yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir.

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir “KamAZ” var. “KamAZ”ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

Qəsəbədə “KamAZ”ın sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinlər deyirlər ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə “KamAZ”ın sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu çörək pulunu sürücülük edərək qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Deyilənlərə görə, bir vaxtların “şoferlər qəsəbəsi” kimi tanınan Qobustanda əvvəllər “KamAZ”ı, indi isə “Şaqman”ı olmayana qız da verilmir.

Bu “KamAZ”ların əksəriyyəti şəxsidir, bəzilərindən isə icarə əsasında istifadə edilir.(xezerxeber.az)