Tribuna İnformasiya Agentliyi

Azərbaycanı avrokuboklarda təmsil edəcək növbəti komanda bəlli olub

13 May

AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi müəyyənləşib.

TİA.AZ  xəbər verir ki, final matçında Sumqayıtın “Uğur” və Qusarın “Şahdağ” komandaları üz-üzə gəlib.

“ASCO Arena”da keçirilmiş görüş “Uğur”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində 83-cü dəqiqədə Vüsal Bayımov, 90+6-cı dəqiqədə isə Vüqar Nadirov fərqlənib.

Bu nəticədən sonra “Uğur” ardıcıl ikinci mövsüm Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil etməyə haqq qazanıb.

Qeyd edək ki, “Uğur” ötən mövsümdə də Region Liqasının qalibi olub.