Tribuna İnformasiya Agentliyi

Azərbaycandan qovulan FETÖ-çü həbs olundu – Azərbaycanda fizika müəllimi işləyib

13 Fevral

Türkiyənin Ədirnə şəhərinin Keşan bölgəsində üç FETÖ (Fətullahçı Terror Təşkilatı) şübhəlisi nəzarətə alınıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının şübhəlilərindən olan Z.K əvvəllər Azərbaycanda fizika müəllimi kimi fəaliyyət göstərib. Amma açıqlanmayan səbəbə görə işdən azad edilib.

Qeyd edək ki, axtarış nəticəsində onların üzərindən beş telefon, sim kart, pasport, ABŞ pasportu, noutbuk, kredit kartı, 4 min 55 dollar və 8 min 595 avro tapılıb.

Nəzarətə alınan şübhəlilərin əməliyyatları polis tərəfindən davam etdirilir.